Hüquqi yardım xidməti
Hüquqi yardım xidməti sosial müdafiəsiz – ödəmə qabiliyyəti olmayan vətəndaşlar üçün pulsuz hüquqi yardımı təmin edən dövlət təşkilatıdır. Xidmət 2007-ci ilin iyul ayında yaradılmış və hal-hazırda hüquqi yardım büroları və konsultasiya mərkəzləri vasitəsilə demək olar ki, Gürcüstanın bütün ərazisini əhatə edir.
Pulsuz hüquqi yardım aşağıdakı kimi xidmətləri nəzərdə tutur:
- İstənilən hüquqi məsələ barədə pulsuz hüquqi konsultasiya;
- Hüquqi sənədlərin (ərizə, vəsatət və s.) tərtib edilməsi;
- Cinayət hüquq prosesində müttəhim, məhkum və bəraət verilmiş şəxs üçün ictimai vəkilin xidməti;
- Könüllü olmayan psixiatrik yardım işləri üzrə vəkil xidməti;
- Həbsetmə ilə nəticələnə bilən inzibati hüquq pozuntusu işi üzrə vəkil xidməti;
- Müttəhim və məhkumlar üçün vəkil xidməti, hansılara qarşı cəzaçəkmə müəssisələrində inzibati hüquq icraatı aparılır;
- Müəyyən mülki və inzibati hüquq işləri üzrə ictimai vəkilin xidməti;
- İnzibati orqanda təmsilçilik.
Hüquqi yardım xidməti bürolar, konsultasiya mərkəzləri və dəvət olunmuş ictimai vəkillər reyestri vasitəsilə pulsuz xidməti təmin edir.
Məhkəmədə təmsilçilik
Hüquqi yardım məqsədləri üçün ödəmə qabiliyyəti olmayan şəxs olaraq kim hesab edilir
Hüquqi yardım xidmətinin pulsuz vəkil xidmətindən “Sosial müdafiəsiz ailələrin vahid məlumat bazasında” qeydiyyata alınmış ailənin üzvü olan və reytinq xalı 70 min və ya daha az və eləcə də, müəyyən kateqoriyalı şəxslər üçün, 100 min xal və ya daha az təşkil edən
Xüsusi hallarda, xidmətin direktoru tərəfindən ictimai vəkil ödəmə qabiliyyəti olmayan şəxs olmayan və ağır sosial-iqtisadi vəziyyətindən irəli gələrək, bu da sənədlər ilə təsdiq edilir, vəkil xidməti ilə əlaqədar olan xərcləri özü ödəyə bilməyən şəxsə də təyin edilə bilər.
Yetkinlik yaşına çatmamış şəxslərin müdafiə edilməsi
01 yanvar 2016-cı il tarixindən hüquqi yardım xidməti yetkinlik yaşına çatmamış müttəhim/məhkum, bəraət verilmiş və zərərçəkmiş üçün pulsuz hüquqi yardımı təmin edir. Yetkinlik yaşına çatmamış şahid həmin hüquqdan ödəmə qabiliyyəti olmadığı təqdirdə istifadə edəcəkdir. Qeyd edilən hüquqdan eləcə də 18 yaşından 21 yaşınadək müttəhimlər istifadə edəcəklər.
Aşağıdakı hallarda müttəhimə icbari qaydada vəkil təyin edilir:
- O, yetkinlik yaşına çatmamış şəxs olduqda;
- Cinayət hüquq prosesinin dilini bilmədiyi təqdirdə;
- Öz müdafiəsini həyata keçirməkdə ona maneçilik törədən fiziki və ya psixiki qüsuru olduğu təqdirdə;
- Məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə qətnamə (qərar) verildiyi təqdirdə;
- Törədilmiş hərəkət üçün Gürcüstan Cinayət Məcəlləsi ilə müddətsiz azadlıqdan məhrum edilmə şəklində məsuliyyət nəzərdə tutulduğu təqdirdə;
- Onunla prosessual razılaşmanın bağlanılması barədə danışıqlar aparıldığı təqdirdə;
- Cinayət işini münsiflər məhkəməsi müzakirə etdiyi təqdirdə;
- O, hüquq-mühafizə orqanına gəlməkdən boyun qaçırdığı təqdirdə;
- O, məhkəmənin iclas zalından qovulduğu təqdirdə;
- O, eyniləşdirilməmiş şəxs olduğu təqdirdə;
- Gürcüstan Cinayət Prosessual Məcəlləsi ilə birbaşa nəzərdə tutulan hallarda.
Azadlıqdan məhrum edilmiş şəxslər üçün hüquqi yardım
Həbs Məcəlləsinə uyğun olaraq, 1 oktyabr 2010-cu il tarixindən pulsuz hüquqi yardım elə müttəhim və məhkumlar üçün əlçatandır ki, hansılara qarşı cəzaçəkmə müəssisələrində inzibati hüquq icraatı aparılır.
Qanunvericiliklə müəyyən edilmiş hallarda, intizam tədbiri təyin edildiyi zaman, müttəhimə/məhkuma tərcüməçi və vəkil xidmətindən istifadə etmək hüququ verilir. Müttəhim/məhkum ödəmə qabiliyyəti olmayan şəxs olduğu və öz xərci ilə müdafiəçini dəvət edə bilmədiyi təqdirdə isə, ona ictimai vəkil təyin edilir.
İnzibati hüquq pozuntusu işləri
1 mart 2011-ci il tarixindən hüquqi yardım xidməti cəza şəklində həbsetmə ilə nəticələnən inzibati hüquq pozuntusu işləri üzrə vəkil xidmətini təmin edir.
Könüllü olmayan psixiatrik yardım
2010-cu ilin avqust ayından hüquqi yardım xidməti, könüllü olmayan psixiatrik yardım məqsədilə şəxsin stasionara yerləşdirilməsi və/və ya müddətin uzadılması barədə işi məhkəmə müzakirə etdiyi təqdirdə, pulsuz vəkil xidmətini təmin edir.
Mülki və inzibati işlər
15 aprel 2015-ci il tarixindən hüquqi yardım xidməti pulsuz vəkil xidmətini “Hüquqi yardım haqqında” Gürcüstan qanununun 231-ci maddəsindən irəli gələrək, işin çətinliyi və əhəmiyyətini nəzərə almaqla, şəxsin ödəmə qabiliyyəti olmadığı təqdirdə, mülki və inzibati aşağıdakı hüquq məsələləri üzrə təmin edir:
- Ailə hüququndan irəli gələn mübahisələr (boşanma, öhdəsinə alimentin qoyulması, yetkinlik yaşına çatmamış şəxsin maraqlarının müdafiəsi və s.);
- Miras hüququndan irəli gələn mübahisələr;
- Sosial yardım və təqaüd;
- Qaçqınların hüquqları;
- Səhiyyə və xəstələrin hüquqları;
- Veteranların və hərbi əməliyyatlar zamanı həlak olanların ailəsinin sosial müdafiəsi;
- Siyasi represiyaların qurbanlarının sosial müdafiəsi;
- İmkanları məhdud olan şəxslərin sosial müdafiəsi.
Psixososial zərurəti olan şəxslərin işləri
01 aprel 2015-ci il tarixindən hüquqi yardım psixososial zərurəti olan şəxslər üçün təmin edilir ki, hansıların dəstəyi alan olaraq tanınması məsələsini məhkəmə müzakirə edir.
Ailədə zorakılıq qurbanlarının müdafiəsi
01 yanvar 2015-ci il tarixindən, əgər ödəmə qabiliyyəti olmayan ailədə zorakılıq qurbanı vəkilin təyin edilməsini tələb edirsə, hüquqi yardım xidməti onun üçün pulsuz vəkil xidmətini təmin edir.
Sığınacaq axtaran şəxslərin müdafiəsi
01 yanvar 2016-cı il tarixindən hüquqi yardım xidməti sığınacaq axtaran şəxslər üçün vəkil xidmətini təmin edir, hansıların qaçqın statusu və ya humanitar statusunun verilməsi, xitam verilməsi və ya ləğv edilməsi və ya sığınacağın verilməsi məsələsi ilə əlaqədar olan mübahisəni də onun ödəmə qabiliyyətinə baxmayaraq məhkəmə tərəfindən müzakirə edilməlidir.
Mülki və inzibati iş üzrə vəkil şəxsə icbari qaydada aşağıdakı hallarda təyin edilir:
- Könüllü olmayan psixiatrik yardım göstərilir;
- Dəstəyi alan şəxs olaraq tanınmalıdır;
- Sığınacağı axtarır.
Vəkilin ayrılması proseduru
- Benefisiar cinayət, mülki və inzibati hüquq işi üzrə ictimai vəkili təyin etmək xahişi ilə hüquqi yardım xidmətinə şəxsən, qohumu, yaxını və ya qanuni nümayəndəsi vasitəsilə müraciət edə bilər.
- Bunun üçün o, hüquqi yardım bürosunun rəisi/konsultasiya mərkəzinin konsultantı adına ərizəni tərtib etməlidir, həmin ərizədə ictimai vəkilin ayrılması zərurətini əsaslandırmalıdır. Yəni, onu aydınlaşdıran sosial-iqtisadi şərtləri göstərməlidir ki, onun və ya yaxın qohumunun vəkil tutmaq imkanı yoxdur.
- İctimai vəkil, işdən irəli gələrək, ərizə ilə müraciət etdikdən sonra dərhal, və ya 2 gündən artıq olmayan müddətdə təyin edilir.
- Mülki/inzibati hüquq işi üzrə vəkilin ayrılması üşün üç ilk şərt mövcud olmalıdır: şəxsin ödəmə qabiliyyəti olmamalıdır, iş çətin və əhəmiyyətli olmalı və mübahisə predmeti hüquqi yardım xidmətinin diskresiyasını təşkil etməlidir.
- Əgər şəxs artıq digər razılaşma ilə dəvət olunmuş vəkilin xidmətindən istifadə edirsə, hüquqi yardım xidməti vəkili təyin edə bilməz.
Hüquqi konsultasiya
Hüquqi konsultasiya istənilən məsələ barədə pulsuz hüquqi məsləhəti nəzərdə tutur.
Hüquqi yardım xidmətində konsultasiyanı almaq üçün hər hansı sənədin təqdim edilməsi icbari deyil, lakin tamdəyərli konsultasiyanı almaq üçün benefisiarın hüquqi problemi ilə əlaqədar olan sənədlərin təqdim edilməsi daha yaxşıdır. Hüquqi yardım xidmətinin pulsuz konsultasiyasından istənilən şəxs istifadə edə bilər. Konsultasiya çərçivəsində, zərurətdən irəli gələrək, hüquqi sənədlərin hazırlanması da mümkündür, lakin bunun üçün şəxs ödəmə qabiliyyətsizliyi kriterilərini təmin etməlidir.
Skayp və feysbuk vasitəsilə onlayn-konsultasiyanı əldə edin.
- Skype-da: legalaid.ge
- Facebook-da: www.facebook.com/legalaid.ge
Hüquqi sənədlərin tərtib edilməsi
Hüquqi sənədlərin tərtib edilməsi bütün növ sənədlərin (şikayət, iddia, ərizə, vəsatət, qarşılıqlı iddia və s.) tərtib edilməsini nəzərdə tutur, həmin sənədlər vasitəsilə şəxs öz qanuni maraqlarını inzibati orqanda, məhkəmə və müxtəlif təşkilatlarda təmsil etmək istəyir.