Top

Sosial müdafiəsiz ailələrin vahid məlumat bazasında qeydiyyata alınma qaydası

ონლაინ დახმარება

 

Sosial müdafiəsiz ailələrin vahid məlumat bazasında qeydiyyata alınması necə həyata keçirilir?

Bazada qeydiyyata alınma üçün ailə üzvlərindən yetkinlik yaşına çatmamış bir üzv yaşayış yeri üzrə Sosial Xidmət Agentliyinin ərazi orqanına müraciət etməli və sosial müdafiəsiz ailələrin vahid məlumat bazasında qeydiyyata alınması haqqında ərizəni yazmalıdır.

Əgər ailəyə reytinq xalı verilmişdirsə, o, məlumat bazasında qeydiyyata alınmış hesab ediləcəkdir.

Reytinq xalının verilməsi müraciət etdikdən sonra 3 ay müddətində ərizə ilə həyata keçirilməlidir.

 

Ərizənin yazılması nəticəsində nələr baş verəcəkdir?

Ərizə yazıldıqdan sonra 1 ay ərzində ərizəçinin ailəsinin müvafiq ünvanına sosial agent gələrək ailənin əmlakını, gəlir və xərclərini yoxlayacaqdır. Yoxlama nəticəsində ailənin bəyannaməsi doldurulacaqdır. Sonra isə ailə yoxlanıldıqdan 1 aydan gec olmayaraq, ailəyə onun əmlak vəziyyətini nəzərə alaraq reytinq xalı verilir.

Reytinq xalı ilə müəyyən edilir ki, ailə dövlətdən hansı növ yardımı alacaqdır. Yardım axtaranların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş maddi və qeyri-maddi əmlak sərvəti ola bilər.

Yaşayış müavinətinin məbləği ailə üzvlərinin sayına və verilən reytinq xalının miqdarına əsaslanır.

Yaşayış müavinəti yoxsul ailənin yaşayış müavinətinin təyin edilməsi haqqında yazılı ərizəsi əsasında, hüququn yarandığı aydan təyin edilir.

Yoxsul ailəyə yaşayış müavinətini almaq hüququ reytinq xalının verildiyi aydan sonra ikinci ayda verilir.

 

Ailənin bəyannaməsi doldurulduğu zaman ailənin tərkibində hansı şəxslər nəzərə alınmayacaqlar?

  • Cəzaçəkmə müəssisəsində olan məhkum, hansına qanuni qüvvəyə minmiş hökm ilə azadlıqdan məhrum edilmə təyin edilmişdir;
  • Məcburi olaraq müalicəyə göndərilmiş şəxs;
  • Müddətli hərbi xidmətdə olan şəxs (hərbi xidməti yerinə yetirdiyi zaman heç olmazsa üç gündə bir dəfə ailəyə qayıdan şəxs istisna olmaqla);
  • Ardıcıl olaraq üç aydan artıq müddətlə ölkənin hüdudlarından kənara çıxmış şəxs;
  • Məhkəmə tərəfindən itkin düşmüş və ya vəfat etmiş olaraq elan edilmiş şəxs;
  • İxtisaslaşdırılmış müəssisədə tam himayədə olan şəxs.

 

Pul yardımı nə qədər təşkil edir?

01 may 2015-ci il tarixinə qədər qiymətləndirilmiş, reytinq xalı 57001-dək olan ailələr üçün yaşayış müavinəti təşkil edir:

  • Bir nəfərlik ailə üçün – 60 lari;
  • İki və artıq nəfərlik ailə üçün 60 lariyə hər bir növbəti üzv üçün 48 lari əlavə edilir.

01 may 2015-ci il tarixindən sonra qiymətləndirilmiş ailələr üçün pul yardımının məbləği aşağıdakı şəkildə müəyyən edilir:

  • Reytinq xalı 30001-dən az olan ailə üçün bütün ailə üzvlərinə görə 60 lari müəyyən edilir;
  • Reytinq xalı 30001-dən artıq, lakin 57001-dən az olan ailə üçün bütün ailə üzvlərinə görə 50 lari müəyyən edilir;
  • Reytinq xalı 57001-dən artıq, lakin 60001-dən az olan ailə üçün bütün ailə üzvlərinə görə 40 lari müəyyən edilir;
  • Reytinq xalı 60001-dən artıq, lakin 65001-dən az olan ailə üçün bütün ailə üzvlərinə görə 30 lari müəyyən edilir;
  • Reytinq xalı 100001-dən az olan ailə üçün ailənin 16 yaşında olan hər bir üzvünə görə 10 lari müəyyən edilir.

 

Sosial yardımın verilməsi hansı hallarda dayandırıla bilər?

  • Əgər ailə daimi olaraq məlumat bazasında göstərilmiş ünvanda yaşamır;
  • Ailə süni şəkildə bölünmüşdür;
  • Ailə süni şəkildə birləşdirilmişdir;
  • Ailənin tərkibi dəyişdirilmişdir;
  • Ailəyə yetkinlik yaşına çatmış üzv əlavə edilmişdir;
  • Ailədə uşaq doğulduqdan (övladlığa götürüldükdən) və son qiymətləndirmədən sonra 2 ildən artıq müddət keçmişdir;
  • Ailə yaşayış müavinətinin təyin edilməsindən imtina edir;
  • Ailə üçün yeni aşkar edilmiş hallar səbəbindən əlavə araşdırma-yoxlama lazımdır.

 

Sosial yardıma hansı faktorlar təsir göstərə bilər?

Yaşayış müavinətinin alınması, dayandırılması və ya dəyişdirilməsi aşağıdakı faktiki hallardan asılıdır:

  • Ailə üzvlərinin sayının dəyişməsi (doğum, ölüm, nikah və sair);
  • Ailə üzvünə imkanları məhdud olan şəxs statusunun verilməsi və ya itirilməsi;
  • İşlə təmin olunma, leqal gəlir;
  • Eləcə də qanunla müəyyən edilmiş digər hallarda.

 

Yaşayış müavinətini almaq hüququ məhdudlaşdırılırmı?

Hər aylıq qaçqın müavinətini alan qaçqınlar eyni zamanda yaşayış müavinətini də ala bilməyəcəklər, onlar müavinətlərdən birini seçməlidirlər.

 

Yardımı almaq hüququna malik olan ailə hansı hüquqlara malikdir?

Yaşayış müavinətini alan ailə:

  • Yaşayış müavinətini ala bilər;
  • Əgər bütün ailə üzvlərinin hərəkət etmək qabiliyyəti məhduddursa, yaşayış müavinətinin yerinə gətirilməsini tələb edə bilər;
  • Əgər qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, yaşayış müavinəti ilə birlikdə sosial paketi, dövlət təqaüdünü/təzminatı, digər fərdi sosial yardımı və/və ya digər dövlət ödənişini ala bilər;
  • Məlumat bazasında onun haqqında olan məlumat ilə tanış ola bilər;
  • Onun haqqında olan məlumatlara dəyişikliklərin daxil edilməsini tələb edə bilər;
  • Sosial müdafiəsiz ailələrin vahid məlumat bazasından çıxarışı tələb edə bilər;
  • Qanunvericiliklə nəzərdə tutulan digər hüquqlardan istifadə edə bilər.

 

Yardımı almaq hüququna malik olan ailənin öhdəsinə hansı öhdəliklər qoyulur?

Yaşayış müavinətini alan ailənin aşağıdakıları öhdəlikləri vardır:

  • Xidmət agentliyinə ailə üzvlərinin tərkibində baş vermiş dəyişikliklər (üzvün vəfat etməsi, doğulması, nikaha daxil olması, üç aydan artıq müddətlə xaricə getməsi və s.) və/və ya ailənin sosial vəziyyətinin yaxşılaşdırılması haqqında məlumat verməlidir;
  • Qeyd edilənlər barədə agentliyin müvafiq ərazi orqanına bir aydan gec olmayaraq məlumat verməlidir.

 

Sosial Xidmət Agentliyi tərəfindən verilmiş reytinq xalına necə şikayət verilir?

Alınan xal ilə razı olmayan ailə təkrar olaraq yaşayış yeri üzrə Sosial Xidmət Agentliyinin ərazi xidmətinə müraciət edərək ailənin yenidən yoxlanılmasını tələb edə bilər. Ailə müavinəti almaq üçün təkrar yoxlanılmanı son yoxlanılmadan bir ay keçdikdən sonra tələb edə bilər.

Təkrar yoxlanılma zamanı ilkin yoxlanılma qaydaları, prosedur və müddətlərindən istifadə edilir.

Ailənin təkrar yoxlanılmasına rədd cavabı verildiyi və ya təkrar yoxlanılma zamanı verilmiş xal ilə yenə də razılıq olmadığı təqdirdə, ailə həmin qərara Sosial Xidmət Agentliyinə (mərkəzi ofisdə) şikayət verə bilər. İnzibati orqanın yekun qərarına məhkəmə vasitəsilə şikayət verilə bilər.