Top

Şəxsin dəstəyi alan şəxs olaraq tanınması

ონლაინ დახმარება

 

Şəxs dəstəyi alan şəxs olaraq hansı hallarda tanına bilər?

Dəstəyi alan şəxs sabit psixiki, əqli/intellektual pozuntuları olan şəxsdir; həmin pozuntuların müxtəlif məhdudiyyətlərlə qarşılıqlı təsiri bu şəxsin ictimai həyata tam və səmərəli şəkildə, başqaları ilə bərabər şəraitdə iştirak etməsinə maneçilik törədə bilər.

 

Şəxsə dəstək hansı sahələrdə təyin edilə bilər?

Şəxsə dəstək əmək fəaliyyəti ilə məşğul olmaq, xırda əqdi bağlamaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, daşınmaz əmlakı idarə etmək/üzərində sərəncam vermək, yaşayış yerini müəyyən etmək, müalicəyə razılıq vermək, ona ziyanın vurulmasının qarşısını almaq məqsədilə və məhkəmə tərəfindən fərdi qiymətləndirmə əsasında müəyyən edilən digər hüquq və vəzifələri həyata keçirmək üçün təyin edilə bilər.

 

Hansı orqan şəxsi dəstəyi alan şəxs olaraq tanıyır və ona dəstəkləyəni təyin edir?

Şəxsi dəstəyi alan şəxs olaraq, dəstəklənən olaraq tanınacaq şəxsin yaşayış yeri üzrə, həmin şəxs müalicə müəssisəsinə yerləşdirildiyi təqdirdə isə, - müalicə müəssisəsinin yerləşdiyi yer üzrə məhkəmə tanıyır və ona dəstəkləyəni təyin edir.

 

Şəxsin dəstəyi alan şəxs olaraq tanınması haqqında məhkəməyə kimlər müraciət edə bilərlər?

  • Dəstəklənən olaraq tanınacaq şəxsin özü;
  • Dəstəklənən olaraq tanınacaq şəxsin ailə üzvü;
  • Dəstəklənən olaraq tanınacaq şəxsin qanuni nümayəndəsi;
  • Qəyyumluq və qayğı orqanı;
  • Psixiatrik və ya ixtisaslaşdırılmış müəssisə, əgər şəxs həmin müəssisəyə yerləşdirilmişdirsə.

 

Şəxsin dəstəyi alan şəxs olaraq tanınması haqqında məhkəməyə hansı sənədlər təqdim edilməlidir?

Maraqlı şəxs şəxsin dəstəyi alan şəxs olaraq tanınması və dəstəkləyənin təyin edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməlidir.

 

Dəstək ilə əlaqədar olaraq məhkəməyə dövlət rüsumu və digər xərclər ödənilməlidirmi?

Şəxsin dəstəyi alan şəxs olaraq tanınması haqqında işin müzakirə edilməsi ilə əlaqədar olaraq məhkəməyə dövlət rüsumu və digər xərclər ödənilməməlidir.

 

Şəxsin dəstəyi alan şəxs olaraq tanınması zamanı vəkilin iştirak etməsi icbaridirmi?

Dəstəyi alan şəxs olaraq tanınması məsələsi məhkəmədə müzakirə edilən şəxsin vəkili olmalıdır.

Dəstəklənən olaraq tanınacaq şəxsə dövlət xərci ilə vəkil məhkəmənin qətnaməsi əsasında və ya ərizəçinin/dəstəklənən olaraq tanınacaq şəxsin ərizəsi əsasında İHHŞ Hüquqi Yardım Xidmətindən təyin edilir.

 

Ekspertizanı kimlər həyata keçirməlidirlər?

  • Dəstəklənən olaraq tanınacaq şəxsin ekspertizasını məhkəmənin müraciəti (qətnaməsi) əsasında İHHŞ – Levan Samxarauli adına Milli Məhkəmə Ekspertiza Bürosu həyata keçirir.
  • Ekspertiza ərizəçinin/dəstəklənən olaraq tanınacaq şəxsin vəsatəti əsasında ekspertiza bürosunun özündə həyata keçirilir; şəxsin ekspertiza bürosuna aparılması mümkün olmadığı təqdirdə, məhkəmə ekspertizanın keçiriləcəyi yer kimi dəstəklənən olaraq tanınacaq şəxsin olduğu yeri müəyyən edə bilər.
  • Qeyd edilən ekspertiza dövlət xərci ilə keçirilir, bu da o deməkdir ki, ərizəçi/dəstəklənən olaraq tanınacaq şəxs ekspertiza xərclərindən azad edilir.

 

Şəxsə dəstək hansı müddət ilə təyin edilir?

Qanunla əvvəlcədən müddətlər müəyyən edilməmişdir, lakin istənilən müddət ilə təyin edildiyi təqdirdə, məhkəmə tərəfindən onun yenidən yoxlanılmasının 5 ildən artıq olmayan dövriliyi müəyyən edilir.

 

Dəstəyə xitam verilə bilərmi?

Aşağıdakı hallarda xitam verilə bilər:

  • Əgər dəstəyi alan şəxs vəfat etmişdirsə (bu cür hallarda qərarı qəyyumluq və qayğı orqanı qəbul edir);
  • Əgər dəstəyin təyin edildiyi səbəb artıq mövcud deyildirsə (bu cür hallarda qərarı məhkəmə qəbul edir).

 

Dəstəklənən olaraq tanınmış şəxsin dəstəkləyəni olaraq kimlər təyin edilə bilərlər?

Dəstəklənən olaraq tanınmış şəxsin ailə üzvü, qohumu, yaxını və ya qanunla müəyyən edilmiş tələblərə cavab verən mütəxəssis dəstəkləyən təyin edilə bilər.

 

Kimlər dəstəkləyən ola bilməzlər (dəstəyə maneçilik törədən hallar)?

  • 18 yaşına çatmamış şəxs;
  • Məhkəmə tərəfindən dəstəyi alan olaraq tanınmış şəxs;
  • Valideyn hüququndan məhrum edilmiş və ya valideynin hüquq və vəzifələrinin yerinə yetirilməsindən boyun qaçırdığı səbəbdən valideyn hüququ məhdudlaşdırılmış şəxs;
  • Qəyyum, qayğı göstərən və ya dəstəkləyən vəzifəsinin lazımınca yerinə yetirilməməsi səbəbindən həmin vəzifələrdən azad edilmiş şəxs.

(Qeyd: dəstəyə maneçilik törədən halların mövcud olmaması haqqında arayışı İHHŞ Sosial Xidmət Agentliyində almaq mümkündür).

 

Dəstəkləyənin dəstəklənən olaraq tanınmış şəxsə qarşı hansı öhdəlikləri vardır?

Dəstəkləyənin öhdəlikləri:

  • Dəstəyi alana daimi tibbi xidmətin göstərilməsinə nəzarət etmək;
  • Onun istəklərini/seçimini müəyyən etmək və müvafiq qərar qəbul etməkdə ona yardım etmək;
  • Qəyyumluq və qayğı orqanı tərəfindən müəyyən edilmiş 6 aydan artıq olmayan müddətdə qeyd edilən orqana məhkəmə qərarı ilə onun üçün müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi barədə məlumatı təqdim etməlidir;
  • Dəstəyi alan şəxs və ya qəyyumluq və qayğı orqanı artıq məhkəməyə müraciət etdiyi hallar istisna olmaqla, dərhal məhkəməyə dəstək çərçivələrinin dəyişdirilməsi/dəstəyin ləğv edilməsi barədə vəsatətlə müraciət etməlidir, əgər əsas artıq mövcud deyil və ya dəyişmişdirsə, hansına görə dəstəyi alan şəxsə dəstək təyin edilmişdir;
  • Dəstəyi alan şəxs və ya qəyyumluq və qayğı orqanı artıq məhkəməyə müraciət etdiyi hallar istisna olmaqla, dəstəkləyən dərhal məhkəməyə dəstək çərçivələrinin dəyişdirilməsi/dəstəyin ləğv edilməsi barədə vəsatətlə müraciət etməlidir, əgər əsas artıq mövcud deyil və ya dəyişmişdir, hansına görə dəstəyi alan şəxsə dəstək təyin edilmişdir.

 

Dəstəkləyənin fəaliyyətinə kimlər nəzarət edirlər?

Dəstəyi alan şəxsin yaşayış yeri üzrə qəyyumluq və qayğı orqanı. Nəzarətin məqsədi dəstəkləyən tərəfindən məhkəmə qərarı və Gürcüstan qanunvericiliyi ilə onun üçün müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsinə nəzarət, dəstəyi alan şəxsin bacarıqlarının inkişaf etdirilməsinin qiymətləndirilməsi və müvafiq reaksiya verilməsindən ibarətdir.

 

Müvəqqəti dəstək nədir?

Məhkəmə ərizəçinin tələbi əsasında, işin icraatı başa çatana qədər, yəni iş üzrə yekun qərarı qəbul edənə qədər, müvəqqəti dəstəkləyəni təyin etmək səlahiyyətinə malikdir, əgər hesab edir ki, dəstəyi alan şəxs olaraq tanınması məsələsi müzakirə edildiyi şəxsə düzəlməz ziyan vurula bilər, məsələn: təqaüdə/sosial paketə xitam verilə bilər, müalicədən/lazımi dərmanlardan və s. istifadə edə bilməz.

 

Şəxsin müvəqqəti dəstəkləyəni kimlər ola bilərlər?

Əsas dəstəkləyən olaraq təyin edilə bilən eyni şəxslər – dəstəklənən şəxs olaraq tanınacaq şəxsin ailə üzvü, qohumu, yaxını və ya mütəxəssis.