Top
საიტი მუშაობს სატესტო რეჟიმში

ailə hüququ

ონლაინ დახმარება

 

Nikahın qeydiyyata alınması necə həyata keçirilir?

Nikahın qeydiyyata alınması nikaha daxil olan şəxslər tərəfindən seçilmiş yer üzrə Gürcüstan Ədliyyə Nazirliyinin İctimai hüquqda hüquqi şəxs Dövlət Servislərinin İnkişaf Agentliyinin ərazi xidmətində həyata keçirilir.

Penitensiar müəssisəyə yerləşdirilmiş şəxsin nikahının qeydiyyata alınması həmin müəssisədə xüsusi olaraq ayrılmış yerdə həyata keçirilir.

Nikahı ötürülmüş səlahiyyət çərçivəsində notarius da həyata keçirə bilər.

 

Nikah yaşı müəyyən edilmişdirmi?

  • Nikah yaşı olaraq on səkkiz yaş müəyyən edilib.
  • Yetkinlik yaşına çatmayanların nigahlarına saxlanılan şəxsin əvvəlcədən yazılı razılığı ilə icazə verilir.

 

Nikaha daxil olan şəxslərin razılığı (nişanı) nikaha daxil olmaq öhdəliyini yaradırmı?

Nikaha daxil olan şəxslərin əvvəlcədən razılığı (nişanı) nikaha daxil olmaq öhdəliyini yaratmır. Nikaha daxil olmadıqda, nişan ilə əlaqədar olan hədiyyələr tərəflərə geri qaytarılır. Nişan məhkəmə qaydasında məcburi nikaha daxil olmağın əsası deyildir.

 

Nikaha daxil olmağa hansı hallarda yol verilmir?

Nikaha daxil olmağa aşağıdakı hallarda yol verilmir:

  • O şəxslər arasında, hansılardan heç olmazsa biri başqa şəxs ilə evlidir;
  • Birbaşa, yüksələn və ya enən budaq üzrə qohumlar arasında;
  • Bioloji və qeyri-bioloji bacı-qardaş arasında;
  • Övladlığa götürən ilə övladlığa götürülən arasında;
  • O şəxslər arasında, hansılardan heç olmazsa biri dəstəyi alandır və hansılar nikah müqaviləsini bağlamamışlar.

 

Nikah müqaviləsi nə zaman bağlana bilər?

Nikah müqaviləsi nikah qeydiyyata alınana qədər və nikah qeydiyyata alındıqdan sonra istənilən zaman bağlanıla bilər; həmin müqavilə ilə həm nikah ərzində, həm də boşanma zamanı onların əmlak hüquqları və vəzifələri müəyyən edilir.

Əgər həyat yoldaşlarından heç olmazsa biri dəstəyi alandırsa, nikah müqaviləsi nikah qeydiyyata alınmazdan öncə bağlanılmalıdır. Nikah müqaviləsinin bağlanılması prosesində məhkəmənin müvafiq qərarı ilə müəyyən edilmiş hissəyə qəyyumluq və qayğı orqanının, eləcə də dəstəkləyənin qoşulması mütləqdir.

 

Nikaha xitam verilməsinin əsasları hansılardır?

Nikaha xitam verilməsinin əsasları aşağıdakılardır:

  • Həyat yoldaşlardan birinin vəfat etməsi;
  • Qanunla müəyyən edilmiş qaydada həyat yoldaşlardan birinin vəfat etmiş olaraq elan edilməsi;
  • Boşanma.

 

Boşanma necə həyata keçirilir?

Hər iki həyat yoldaşının razılığı olduqda, boşanma Gürcüstan Ədliyyə Nazirliyinin İHHŞ Dövlət Servislərinin İnkişaf Agentliyinin ərazi xidmətində (Ədliyyə Evində) həyata keçirilir. Həyat yoldaşları qeyd edilən orqana birgə ərizə ilə və ya onların qanuni nümayəndələri vasitəsilə müraciət edirlər.

Həyat yoldaşları arasında mübahisə yarandığı təqdirdə, boşanma məhkəmə qaydasında həyata keçirilir.

Boşanmanı ötürülmüş səlahiyyət çərçivəsində notarius da həyata keçirə bilər.

 

Həyat yoldaşlarından biri boşanma tələbi ilə, ərizə ilə Dövlət Servislərinin İnkişaf Agentliyinin ərazi xidmətinə hansı hallarda müraciət edə bilər?

Həyat yoldaşlarından biri Gürcüstan Ədliyyə Nazirliyinin İHHŞ Dövlət Servislərinin İnkişaf Agentliyinin ərazi xidmətinə boşanma tələbi ilə müraciət etmək hüququna aşağıdakı hallarda malikdir:

  • Boşanma haqqında məhkəmə qərarı mövcuddur;
  • Digər həyat yoldaşı qanunla müəyyən edilmiş qaydada itkin düşmüş olaraq tanınmışdır;
  • Digər həyat yoldaşı cinayətin törədilməsi üçün ən azı üç il müddətinə azadlıqdan məhrum edilməyə məhkum edilmişdir.

 

Boşanma hansı hallarda yolverilməzdir?

Arvad hamilə olduğu zaman və uşaq doğulduqdan sonra bir il ərzində ər arvadın razılığı olmadan boşanma barədə işi qaldırmaq hüququna malik deyildir.

 

Boşanma haqqında məhkəmə qərarı agentlikdə qeydiyyata alınmalıdırmı?

Boşanma haqqında məhkəmə qərarı Gürcüstan Ədliyyə Nazirliyinin İHHŞ Dövlət Servislərinin İnkişaf Agentliyinin ərazi xidmətində və ya Ədliyyə Evində qeydiyyata alınmalıdır. Boşanma təqdirində boşanma qeydiyyata alındığı andan nikah xitam verilmiş hesab edilir.

 

Boşanma təqdirində həyat yoldaşları arasında əmlakın bölünməsi necə həyata keçirilir?

Həyat yoldaşlarından biri ailə işləri ilə məşğul olduğu və müstəqil gəlirə malik olmadığı halda da, həyat yoldaşları tərəfindən nikah ərzində satın alınmış əmlak onların ümumi mülkiyyətidir.

 

Həyat yoldaşlarının öhdəsinə bir-birini saxlamaq vəzifəsi qoyulurmu?

Həyat yoldaşları bir-birinə maddi yardım göstərməlidirlər. Bu cür yardımdan imtina edildiyi və/və ya dolanışığın alınması barədə həyat yoldaşları arasında razılaşma mövcud olmadığı zaman məhkəmə qaydasında dolanışığı almaq hüququna aşağıdakılar malikdir: maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan həyat yoldaşı, arvad - hamilə dövründə və uşaq doğulduqdan sonra üç il ərzində.

 

Boşandıqdan sonra əmək qabiliyyəti olmayan həyat yoldaşı dolanışığı almaq hüququnu saxlayırmı?

Əgər həyat yoldaşından yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan həyat yoldaşı əmək qabiliyyətini boşanmazdan öncə və ya boşandığı gündən bir il ərzində itirmişdirsə, o, doşandıqdan sonra da dolanışığı almaq hüququnu saxlayır.

 

Həyat yoldaşı saxlamaq vəzifəsindən azad edilə bilərmi?

Əgər həyat yoldaşları qısa müddət ərzində evli olmuşlar, və/və ya maddi yardımı tələb edən həyat yoldaşı dolanışığı ödəyənə qarşı nalayiq hərəkət etmişdir, eləcə də, əgər  maddi yardımı tələb edən həyat yoldaşının əmək qabiliyyətsizliyi alkoqollu içkilərdən və ya narkotik maddələrdən istifadə edilməsi və ya onun tərəfindən qəsdən cinayətin törədilməsi səbəbindən yaranmışdırsa, məhkəmə həyat yoldaşını saxlamaq vəzifəsindən azad edə bilər və ya həmin vəzifəni müəyyən müddət ilə dəyişdirə bilər.

 

Dolanışığın məbləği müəyyən edildiyi zaman nələr nəzərə alınır?

Həyat yoldaşının xeyrinə ödəniləcək dolanışığın məbləği həyat yoldaşlarının maddi və ailə vəziyyətini nəzərə almaqla, hər ay ödəniləcək pul məbləği şəklində müəyyən edilir.