Top
საიტი მუშაობს სატესტო რეჟიმში

Miras

ონლაინ დახმარება

 

Vəfat etmiş şəxsin (miras qoyanın) mülkiyyətində olan əmlakın digər şəxslərə (vərəsələrə) keçməsi necə həyata keçirilir?

Mirasın qəbul edilməsinin iki növü mövcuddur: qanun üzrə vərəsəlik və vəsiyyətnamə üzrə vərəsəlik. Bundan irəli gələrək, vəfat etmiş şəxsin (miras qoyanın) əmlakının miras olaraq digər şəxslərə (vərəsələrə) keçməsi qanun və ya vəsiyyətnamə ilə, və/və ya hər iki əsas ilə həyata keçirilir.

 

Vərəsələr kimlər ola bilərlər?

Qanun üzrə vərəsəlik zamanı vərəsələr aşağıdakılar ola bilərlər: miras qoyan vəfat etdiyi anda sağ olan şəxslər və eləcə də miras qoyanın vəfatından sonra diri doğulan övladları.

Vəsiyyətnamə üzrə vərəsəlik zamanı vərəsələr aşağıdakılar ola bilərlər: miras qoyanın vəfat etdiyi anda sağ olan şəxslər, eləcə də o, sağ olduğu zaman döl şəklində yaranmış və vəfatından sonra doğulmuş (onların onun övladları olub-olmadığına baxmayaraq) şəxslər, eləcə də hüquqi şəxslər.

 

Qanun üzrə vərəsəlik nə deməkdir?

Qanun vərəsəlik zamanı qanunun özü tənzimləyir ki, vəfat edənin (miras qoyanın) əmlak kimə və hansı miqdarda qalmalıdır. Bu zaman vərəsələrin sıra prinsipi (cəmi beş sıra) mövcuddur, bu da o deməkdir ki, ön sıranın heç olmazsa bir vərəsəsinin mövcud olması növbəti sıranın vərəsəliyini istisna edir.

 

Qanun üzrə vərəsələr kimlərdirlər?

Qanun üzrə vərəsələrə sıraya uyğun olaraq aşağıdakılar aid edilirlər:

I sırada – vəfat edənin övladları, onun vəfatından sonra anadan olmuş övladı, həyat yoldaşı, valideynləri, (övladlığa götürənləri).

Nikah olmadan doğulmuş uşaq, atalıq qanunla müəyyən edilmiş qaydada tanındığı təqdirdə, atasının vərəsəsi hesab ediləcəkdir.

Övladlığa götürülən və onun törəmələri, övladlığa götürənin və ya onun qohumlarının vərəsələri kimi, övladlığa götürənin övladlarına və onların törəmələrinə bərabərdirlər.

Övladlığa götürülən onun valideynləri və yüksələn xəttin digər bioloji qohumları, eləcə də bacı və qardaşları vəfat etdikdən sonra qanun üzrə vərəsə hesab edilməyəcəkdir.

Nəvələr, nəvələrin övladları və bu sonuncuların övladları qanun üzrə vərəsələr o halda hesab ediləcəkdirlər ki, əgər vərəsəlik açıldığı gün üçün onların valideyni sağ deyildirsə, hansı ki, miras qoyanın vərəsəsi olmalı idi, və onlar qanun üzrə vərəsəlik zamanı onların vəfat etmiş valideyninə düşən payı bərabər şəkildə alırlar.

Əgər nəvələrin, nəvənin övladları və bu sonuncuların övladlarının valideynləri mirasın qəbul edilməsindən imtina etmişdirlərsə, onlar vərəsələr ola bilməzlər. Övladlığa götürən və onun qohumları, övladlığa götürülənin və onun törəmələrinin vərəsələri kimi, övladlığa götürülənin valideynləri və digər bioloji qohumlarına bərabərdirlər. Övladlığa götürülənin valideynlərinə, yüksələn xəttin digər bioloji qohumları və bacı-qardaşlarına övladlığa götürülən və ya onun törəmələri vəfat etdikdən sonra qanun üzrə vərəsəlik düşmür.

II sırada – əgər miras qoyan vəfat etdiyi anda valideyni sağ deyildirsə, vəfat edənin bacısı, qardaşı, bacısının övladı və qardaşının övladı.

III sırada – ana, eləcə də ata tərəfindən nənə, baba, nənənin ata-anası, babanın ata-anası; vərəsəlik açıldığı an üçün nənə və baba sağ olmadığı halda, nənənin ata-anası və babanın ata-anası qanun üzrə vərəsələr hesab edilirlər.

IV sırada – dayılar, əmilər, xalalar, bibilər;

V sırada – dayının övladları, əminin övladları, xalanın övladları, bibinin övladları. Bu sonuncular olmadığı təqdirdə, o zaman onların övladları.

 

Vəfat edənin (miras qoyanın) əmlakı sonradan vərəsəlik qanunu ilə vərəsələrin sıraları arasında necə bölüşdürülür?

Bir sıranın vərəsələri arasında miras bərabər şəkildə bölüşdürülür. Bu zaman vərəsələrin hüquqları arasında miras əmlakı ilə münasibətdə fərq yoxdur. Vərəsələr arasında mirasın bölüşdürülməsi barədə razılığa gəlmədikdə, mübahisəni məhkəmə həll edir.

 

Vəsiyyətnamə üzrə vərəsəlik nədir?

Vəsiyyətnamə üzrə vərəsəlik zamanı, qanun üzrə vərəsəlikdən fərqli olaraq, vəfat etmiş şəxs (miras qoyan) vəsiyyətnaməni tərtib etməklə əvvəlcədən müəyyən etmişdir ki, onun əmlakı kimə və hansı miqdarda qalacaqdır.

Miras qoyan vəsiyyətnamə vasitəsilə öz əmlakını həm qanun üzrə vərəsəsinə, həm də istənilən digər qohum olmayan şəxsə, o cümlədən hüquqi (təşkilat, müəssisə) şəxsə də verə bilər.

Əgər vəsiyyətnamə ilə bütün miras əmlakı vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin vərəsələrdən biri vərəsəlik açıldığı an üçün sağ deyildirsə, qanun üzrə vərəsəlik yaranmır və onun payı olan əmlakı digər vəsiyyətnamə üzrə vərəsələr bərabər şəkildə alacaqdırlar.

 

İcbari pay nədir?

Vəsiyyətnamə üzrə vərəsəlik təqdirində, birinci sıranın qanuni vərəsələri miras qoyanın əmlakından icbari payı alacaqlar.

İcbari pay vəsiyyətnamə olmadığı təqdirdə birinci sıranın vərəsəsi ala biləcəyi əmlakın yarısını təşkil edir.

 

Eyni zamanda qanun və vəsiyyətnamə üzrə vərəsəlik hansı hallarda olur?

Əgər vəsiyyətnamə mirasın yalnız bir hissəsi barədə yazılmış və/və ya vəsiyyətnamə məhkəmə tərəfindən qismən etibarsız olaraq tanınmışdır. Vəsiyyətnamədə adı çəkilməyən mirasın hissəsinə və/və ya vəsiyyətnamə məhkəmə tərəfindən qismən etibarsız olaraq tanınmışdır, qanun üzrə vərəsəlik şamil edilir.

 

Vəfat etmiş şəxsin (miras qoyanın) əmlakının vərəsəyə keçməsi üçün vəsiyyətnamətinin mövcudluğu və ya qanun üzrə vərəsəlik kifayətdirmi?

Xeyr. Vəfat etmiş şəxsin (miras qoyanın) əmlakının vərəsəyə keçməsi üçün vərəsə miras əmlakını qanunla müəyyən edilmiş qaydada və şərtlərlə, miras qoyanın vəfatından sonra altı ay müddətində qəbul etməlidir.

 

Miras nə zaman qəbul edilmiş olaraq hesab ediləcəkdir?

Vərəsə (bu vəsiyyətnamə və ya qanun üzrə vərəsə ola bilər) mirasın qəbul edilməsi barədə ərizəni istənilən notariat bürosuna verdikdən və vərəsəlik şəhadətnaməsini alqıdan sonra miras vərəsə tərəfindən qəbul edilmiş olaraq hesab ediləcəkdir.

Mirasa faktiki olaraq sahib olmaqla və ya idarə etməklə miras qəbul edilmiş olaraq hesab ediləcəkdir, bu da şübhəsiz onu təsdiq edir ki, vərəsə mirası qəbul etmişdir.

Fəaliyyət qabiliyyəti olmayan və fəaliyyət qabiliyyəti məhdud olan şəxslər mirası öz qanuni nümayəndəsi vasitəsilə, dəstəyi alan şəxslər isə, əgər onlara məhkəmə qərarı ilə dəstək əmlak hüquqlarının həyata keçirilməsi üçün müəyyən edilmişdirsə, dəstəkləyənin köməyi ilə qəbul edəcəklər.

 

Faktiki olaraq sahib olmaq və ya idarə etmək nə deməkdir və bu zaman mirasın qəbul edilməsi necə həyata keçirilir?

Əmlaka faktiki olaraq sahib olma müxtəlif yollarla həyata keçirilə bilər. O cümlədən, bu miras qoyan vəfat etdikdən sonra vərəsənin miras qoyanın yaşadığı yaşayış evində yaşamasıdır (bu da Dövlət Servislərinin İnkişaf Agentliyi tərəfindən verilmiş arayışla təsdiq edilməlidir), eləcə də sonradan vərəsələr arasında bölüşdürülməsi üçün (onlar mövcud olduğu təqdirdə) miras qoyanın əşyalarının çıxarılması (miras qoyan vəfat etdikdən sonra altı ay müddətində) və özündə saxlanılması.

Əmlakın faktiki olaraq idarə edilməsi dedikdə, vərəsə həmin əmlaka faktiki olaraq sahib olmadığı, lakin onun hərəkətləri ilə mirasın özünə məxsus hesab etməsi təsdiq edildiyi hallar nəzərdə tutulur. Məsələn, miras açıldıqdan sonra vergiləri ödəyir və s.

Əmlaka faktiki olaraq sahib olduğu, eləcə də faktiki olaraq idarə etdiyi təqdirində, vərəsə notariusa müraciət edərək mirasın qəbul edilməsini tələb edə bilər. Bu növ vərəsəlik zamanı mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətlər mövcud deyil, çünki nəzərdə tutulur ki, əmlak vərəsə tərəfindən onsuz da qəbul edilib və mirası qəbul etmək üçün notariusa getmək və rəsmi formanı vermək yalnız vərəsənin istəyindən asılıdır.

 

Miras hansı müddətdə qəbul edilməlidir və bu müddətin pozulmasının nəticəsi nələr ola bilər?

Miras, miras açıldığı gündən altı ay ərzində qəbul edilməlidir. Həmin müddətə riayət etməyən vərəsə mirası qəbul etmək hüququnu itirə bilər!!!

Əgər vərəsə fəaliyyət qabiliyyəti məhdud olan və ya dəstəyi alan şəxsdirsə, mirasın qəbul edilməsinə rədd cavabının verilməsinə məhkəmənin icazəsi ilə yol verilir.

 

Mirasın qəbul edilmə müddətinin uzadılması mümkündürmü və hansı hallarda?

Mirasın qəbul edilmə müddəti keçdikdən sonra həmin müddəti buraxan vərəsə, əgər mirası qəbul edən bütün vərəsələr buna razılığını verərsə, yenə də mirası qəbul edə bilər.

Əgər müddətin gecikdirilməsinin səbəbi üzürlü hesab edilərsə, mirasın qəbul edilmə müddətini məhkəmə də uzada bilər.

 

Mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması üçün məhkəməyə necə müraciət edilir?

Mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş altı aylıq müddəti buraxan və faktiki olaraq mirasa sahib olmayan vərəsə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. İddiaçı və ya onun nümayəndəsi iddia ərizəsində müddətin buraxılmasının üzürlü səbəbini göstərməli və buraxılan müddətin üzürlü sayılmasını və/və ya onun uzadılmasını tələb etməlidir. Bu zaman cavabdeh kimi işə iddia tələbinin əleyhinə olan, mirası qəbul edən vərəsə qoşulur.

Mirasın qəbul edilməsindən imtina edilməsi haqqında ərizə notariat bürosunda yazılmalıdır.

Məhkəməyə müraciət edilməsinin dövlət rüsumu qanunvericiliyə uyğun olaraq ödəniləcəkdir. (əmlakın dəyərinin 3%, əmlakın dəyəri audit rəyi ilə müəyyən edilməlidir).

 

Vərəsəlik şəhadətnaməsi nədir?

Vərəsəlik şəhadətnaməsi notarial akt, miras olaraq qəbul edilmiş əmlakı təsdiq edən sənədddir. Vərəsəlik şəhadətnaməsində göstərilən daşınmaz əmlakın şəxsin mülkiyyəti olaraq hesab edilməsi üçün o, əmlak yerləşdiyi yer üzrə İctimai Reyestrin istənilən milli agentliyində və ya Ədliyyə Evində qeydiyyata alınmalıdır.

 

Vərəsəlik şəhadətnaməsi hansı müddətdə verilir?

Vərəsəlik şəhadətnaməsi miras açıldığı gündən altı aylıq müddət keçdikdən sonra istənilən zaman vərəsələrə verilir.

Əgər notariat orqanında (notariusda) şəhadətnaməni tələb edən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə arayış vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan tez müddətdə o halda verilir.

 

Ev təsərrüfatında miras necə açılır?

Ev təsərrüfatında, ev təsərrüfatının ümumi əmlakı üzrə miras ev təsərrüfatının son üzvü vəfat etdiyi gündən açılacaqdır.

 

Vərəsənin öhdəsinə miras qoyanın kreditorlarını (borcalanlarını) təmin etmək öhdəliyi qoyulurmu?

Vərəsə qəbul edilmiş miras çərçivəsində miras qoyanın kreditorlarını təmin etməlidir (borclarını ödəməlidir).