Ailədə zorakılıq nədir?
Ailədə zorakılıq ailənin bir üzvü tərəfindən digərinin fiziki, psixoloji, iqtisadi, cinsi zorakılıq və ya məcburetmə ilə konstitusiya hüquq və azadlıqlarının pozulmasıdır.
Zorakılıq formaları aşağıdakılardır?
Fiziki zorakılıq: döymək, işgəncə vermək, sağlamlığı zədələmək, qeyri-qanuni şəkildə azadlıqdan məhrum etmək və ya fiziki ağrıya və ya əzaba səbəb olan digər hərəkət; sağlamlıq vəziyyəti ilə əlaqədar olan tələbləri təmin etməmək, bu da ailə üzvünün sağlamlığının zədələnməsinə və ölümünə səbəb olur;
Psixoloji zorakılıq: təhqir, şantaj, alçaltma, hədələmə və ya insan ləyaqəti və şərəfinə xələl yetirilməsinə səbəb olan digər hərəkət;
İqtisadi zorakılıq: qida, yaşayış yeri və normal inkişafın digər şəraiti ilə təmin etmək, mülkiyyət və əmək hüquqlarını həyata keçirmək, eləcə də birgə mülkiyyətdə olan əmlakdan istifadə etmək və məxsus olan pay üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına səbəb olan hərəkət;
Cinsi zorakılıq: zorakılıqla, zorakılıqla hədələməklə və ya qurbanın acizliyindən istifadə etməklə cinsi əlaqə; yetkinlik yaşına çatmamış şəxsə qarşı cinsi əlaqə və ya cinsi xarakter daşıyan digər növ hərəkət və ya azğın hərəkət;
Məcburetmə: insanın elə hərəkəti etməyə və ya etməməyə fiziki və ya psixoloji məcbur edilməsi ki, hansının həyata keçirilməsi, və ya hansından çəkinməsi onun hüququdur, və ya iradəsinə qarşı olan təsiri öz üzərində hiss etməsi.
Laqeydlik: valideyn və/və ya qanuni nümayəndə tərəfindən uşağın fiziki, psixoloji zərurətlərinin təmin edilməməsi, baza təhsili almaq hüququnun məhdudlaşdırılması, təhlükədən müdafiə edilməməsi, doğumun qeydiyyatı, tibbi və digər xidmətdən istifadə etmək üçün zəruri hərəkətlərin həyata keçirilməməsi bir halda ki, valideyn və/və ya qanuni nümayəndə müvafiq xidmət barədə müvafiq məlumata, imkana malikdir və həmin xidmət onun üçün əlçatandır.
Ailədə zorakılıq zamanı kimlər ailə üzvü hesab edilirlər?
Ailədə zorakılıq zamanı ana, ata, baba, nənə, həyat yoldaşı, övlad (oğulluq, qızlıq), övladlığa götürülən, övladlığa götürən, övladlığa götürənin həyat yoldaşı, qəbul edən ailə (analıq, atalıq), nəvə, bacı, qardaş, həyat yoldaşının valideynləri, kürəkən, gəlin, keçmiş həyat yoldaşı, qeydiyyata alınmamış nikahda olan şəxslər və onların ailə üzvləri, qəyyum (dəstəkləyən) ailə üzvü hesab edilirlər.
Ailədə zorakılıq qurbanı kimlər hesab edilə bilərlər?
Qurban fiziki, psixoloji, cinsi, iqtisadi zorakılığa və ya məcburetməyə məruz qalan və Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq xidməti, məhkəmə orqanı və/və ya ailədə zorakılıq qurbanı statusunu müəyyən edən qrup (qurbanı eyniləşdirmə qrupu) tərəfindən qurban statusu müəyyən edilən ailə üzvüdür.
Ailədə zorakılığın ehtimal edilən qurbanı özünü qurban hesab edən və qurban statusunu müəyyən etmək məqsədilə müvafiq orqanlara/ailədə zorakılıq qurbanı statusunu müəyyən edən qrupa (qurbanı eyniləşdirmə qrupu) müraciət edən şəxsdir.
Ailədə zorakılıq zamanı kimlər zorakı hesab edilirlər?
Zorakı ailənin digər üzvünə qarşı fiziki, psixoloji, iqtisadi, cinsi zorakılığı və ya məcburetməni həyata keçirən ailə üzvüdür.
Öhdəlik kimlərin öhdəsinə qoyulur və ailədə zorakılıq faktını müvafiq orqanlara bildirmək hüququna kimlər malikdirlər?
Öhdəlik tibb müəssisəsinin əməkdaşları, yetkinlik yaşına çatmamış şəxs təqdirində - eləcə də təhsil və tərbiyə müəssisələrinin əməkdaşları, İctimai hüquqda hüquqi şəxs – Sosial Xidmət Agentliyi, qəyyumluq və qayğı orqanının səlahiyyətli əməkdaşları və Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulan digər subyektlərin öhdəsinə qoyulur.
Ailədə zorakılıq təqdirində məhkəməyə müraciət etmək hüququna aşağıdakılar malikdirlər: qurban (ehtimal edilən qurban), onun ailə üzvü, yetkinlik yaşına çatmamış şəxs təqdirində isə - qəyyumluq və qayğı orqanı. Həmçinin qurbanın razılığı ilə qurbana tibbi, hüquqi və/və ya psixoloji yardım göstərən şəxslər.
Ailədə zorakılığın aşkar edilməsi və qarşısının alınması üçün hansı hüquqi müdafiə mexanizmləri mövcuddur?
Ailədə zorakılığın aşkar edilməsi və qarşısının alınması üçün cinayət-hüquqi, mülki-hüquqi və inzibati-hüquqi mexanizmlərdən istifadə edilir.
Ailədə zorakılığın aşkar edilməsi və qarşısının alınması üçün aşağıdakı növ inzibati-hüquqi mexanizmlərdən istifadə edilir?
İnzibati-hüquqi mexanizmlərdən, hüquq pozuntusu, qanunvericiliyə uyğun olaraq, cinayət hüquq məsuliyyətinə səbəb olmadığı və İnzibati hüquq pozuntuları məcəlləsinin normalarına uyğun olaraq onun qarşısını almaq mümkün olduğu təqdirdə, istifadə edilir.
Gürcüstan qanunu, ailə zorakılığı faktı üzrə operativ reaksiyanın verilməsi üçün səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən qurbanları müdafiə etmək və zorakının müəyyən hərəkətlərinin məhdudlaşdırılmasını təmin etmək üçün, müvəqqəti tədbir şəklində müdafiəedici və məhdudlaşdırıcı orderlərdən istifadə edir.
Müdafiəedici order birinci instansiyalı məhkəmə (hakim) tərəfindən inzibati hüquq icraat qaydasında verilmiş aktdır, hansı ilə, ailədə zorakılıq təqdirində, zorakılıq qurbanlarını müdafiə üzrə müvəqqəti tədbirlər müəyyən ediləcəkdir. Şəxsə qarşı cinayət hüquqi təqibi başlanıldığı və ona qətimkan tədbiri şəklində həbs təyin edildiyi təqdirdə, həmin tədbirlərdən istifadə edilmir.
Məhdudlaşdırıcı order polisin səlahiyyətli vəzifəli şəxsi tərəfindən verilmiş aktdır, hansı ilə ailədə zorakılıq təqdirində zorakılıq qurbanlarını müdafiə üzrə müvəqqəti tədbirlər müəyyən ediləcəkdir və hansı ki, verildiyi andan qanunla müəyyən edilmiş vaxt - 24 saat ərzində təsdiq olunması üçün məhkəməyə təqdim ediləcəkdir.
Məhdudlaşdırıcı və müdafiəedici orderlər arasındakı fərq aşağıdakılardan ibarətdir:
Məhdudlaşdırıcı orderi polis əməkdaşı bilavasitə olaraq fakta reaksiya verildiyi zaman (konkret zorakılıq faktıı zamanı polis çağırılarkən) verir və o, 24 saat ərzində təsdiq olunması üçün məhkəməyə təqdim edilir. Məhkəmə təqdim edildikdən sonra 24 saat ərzində orderin verilməsinin məqsədəuyğunluğunu müzakirə edir və onun təsdiq edilməsi və ya təsdiq edilməsinə rədd cavabı barədə qərar qəbul edir.
Məhkəmə səlahiyyətli şəxsin ərizəsini aldıqdan sonra 10 gün müddətində müdafiəedici orderin verilməsi, ləğv edilməsi, qüvvəsinin uzadılması və ya verilməsinə rədd cavabının verilməsi barədə qərar qəbul edir.
Qanuna əsasən, müdafiəedici orderin verilməsini tələb etmək hüququna qurban, eləcə də onun ailə üzvü və ya qurbanın razılığı ilə, qurbana tibbi, hüquqi, psixoloji yardım göstərən şəxs malikdir. Adı çəkilən şəxslər qeyd edilənlər barədə məhkəməyə müraciət etməlidirlər.
Məhdudlaşdırıcı və müdafiəedici orderlər hansı müddət ilə verilirlər?
Müdafiəedici order 6 ayadək müddət ilə verilir. Onun qüvvədə olduğu konkret müddəti məhkəmə müəyyən edir.
Müdafiəedici orderin qüvvədə olduğu müddətinin uzadılması order qüvvədə olduğu müddətdə və əlavə olaraq – qurbana və ya digər ailə üzvünə qarşı təhlükə olduğu təqdirdə, 3 aydan artıq olmayaraq mümkündür.
Müdafiəedici və məhdudlaşdırıcı orderlərin qüvvədə olması tərəflər barışdığı zaman hakimin müvafiq qərarı ilə, məhkəməyə tərəflərin birgə müraciəti əsasında ləğv edilə bilər. Əgər ailədə zorakılıq faktı ailənin digər üzvlərinin, xüsusilə - yetkinlik yaşına çatmamış şəxsin maraqlarına xələl yetirirsə, tərəflərin barışması müdafiəedici və məhdudlaşdırıcı orderlərin verilməsinə maneçilik törətmir və ya verilmiş müdafiəedici və məhdudlaşdırıcı orderlərin qüvvədə olmasnın ləğv edilməsinə səbəb olmur.
Məhdudlaşdırıcı order 1 ayadək müddət ilə verilir və onu səlahiyyətli şəxsin müraciətindən sonra 24 saat ərzində məhkəmə təsdiq edir və ya təsdiq edilməsinə rədd cavabını verir.
Qurban hansı növ yardım və hüquqlardan yararlana bilər?
- Qurban vurulan ziyan üçün təzminatı almaq hüququna malikdir;
- Sığınacaqdan/böhran mərkəzindən istifadə etsin;
- Dövlət hesabına hüquqi yardım xidmətindən yararlansın;
- Sığınacaqda/böhran mərkəzində olduğu zaman, qanunvericiliklə müəyyən edilmiş qaydada, ildə 30 gün əmək münasibətlərini dayandırmaq hüququndan yararlansın və işini itirməsin;
- Əgər qurban əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, o, Gürcüstanda müvəqqəti yaşamaq üçün icazəni almaq üçün müvafiq dövlət orqanlarına müraciət edə bilər.
Müdafiəedici orderin verilməsi ilə zorakının hansı hüquqları məhdudlaşdırıla bilər?
- Qurbana, və ya onun müdafiəsi altında olan şəxsə yaxınlaşmaq;
- Birgə mülkiyyətdə olan əmlak üzərində sərəncam vermək;
- Yetkinlik yaşına çatmamış şəxs ilə münasibət;
- Silah almaq, almaq üçün icazəni əldə etmək, o cümlədən xidməti şatat silahından istifadə etmək hüququ.
Order verilərkən eyni zamanda bütün növ məhdudiyyətlər müəyyən edilə bilər.
Ailədə zorakılığın aşkar edilməsi və qarşısının alınması üçün aşağıdakı növ cinayət-hüquqi mexanizmlərdən istifadə edilir?
Cinayət-hüquqi mexanizmlərdən, qəsdən öldürmək, bədəni qəsdən ağır zədələmək; zorlamaq; azadlıqdan qeyri-qanuni şəkildə məhrum etmək; döymək və ya sağlamlığın ciddi pozulmasına və ya əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmasına və ya itirilməsinə və s. səbəb olan başqa növ zorakılıq kimi cinayət hüquq cinayətinin əlamətləri olan hallarda istifadə edilir;
Həmçinin müdafiəedici və ya məhdudlaşdırıcı order ilə nəzərdə tutulan tələblərin və/və ya şərtlərin yerinə yetirilməməsi üçün cinayət hüquq məsuliyyəti müəyyən edilir.
Gürcüstan Cinayət Məcəlləsinin məqsədləri üçün ailə üzvü olaraq aşağıdakılar hesab edilir: həyat yoldaşı, ana, ata, baba, nənə, övlad (oğulluq, qızlıq), övladlığa götürülən, övladlığa götürən, övladlığa götürənin həyat yoldaşı, qəbul edən ailə (analıq, atalıq), qəyyum, nəvə, bacı, qardaş, həyat yoldaşının valideynləri, kürəkən, gəlin, keçmiş həyat yoldaşı, eləcə də daima ümumi ailə təsərrüfatını aparan və ya aparmış şəxslər.
Ailədə zorakılığın aşkar edilməsi və qarşısının alınması üçün aşağıdakı növ mülki- hüquqi mexanizmlərdən istifadə edilir:
Mülki hüquq mexanizmlərindən ailədə zorakılıq nəticəsində vurulan maddi və qeyri-maddi ziyanın mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməsi üçün istifadə edilir. O cümlədən, digər şəxsə hüquqa zidd, qəsdən və ya ehtiyatsız hərəkət ilə ziyan vuran şəxs ona ziyanı ödəməlidir.
Yetkinlik yaşına çatmamış şəxsin ailədə zorakılıqdan müdafiəsi üzrə spesifik tədbirlər?
Yetkinlik yaşına çatmamış şəxsə qarşı zorakılıq izi olduğu təqdirdə, məhkəmə müvəqqəti tədbir şəklində yetkinlik yaşına çatmamış şəxsi zorakı valideyndən/valideynlərdən ayırmaq səlahiyyətinə malikdir. Yetkinlik yaşına çatmamış şəxsin nümayəndəsinin hüququ məsələsi müzakirə edildiyi zaman o hal nəzərə alınmalıdır ki, zorakı valideyndə nümayəndə hüququnun saxlanılması yetkinlik yaşına çatmamış şəxsin maraqlarına ziyan vurur. Yetkinlik yaşına çatmamış şəxsə qarşı valideynlərdən biri tərəfindən zorakılıq barədə əsaslı ehtimal mövcud olduğu təqdirdə, valideynlərdə yetkinlik yaşına çatmamış şəxs üzərində birgə qəyyumluğun saxlanılması yolverilməzdir.
Yetkinlik yaşına çatmamış şəxs 14 yaşından öz hüquq və qanuni maraqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu cür hallarda məhkəmə prosessual nümayəndəni təyin edir və işi müzakirə edir. Yetkinlik yaşına çatmamış idiaçı öz prosessual nümayəndəsi ilə razılaşmayaraq özünü müdafiə etmək hüququna malikdir.
Ailə cinayəti ilə əlaqədar olaraq ehtimal edilən zorakı valideynin (valideynlərin) iştirakı ilə yetkinlik yaşına çatmamış şahidin və zərərçəkmişin dindirilməsi, eləcə də müdafiəedici və ya məhdudlaşdırıcı order verilərkən ailədə zorakılığın yetkinlik yaşına çatmamış qurbanının sorğu-sual edilməsi (ondan izahatların alınması) yolverilməzdir.
Cinayət hüquq icraat prosesində yetkinlik yaşına çatmamış şəxsin qanuni nümayəndəsi olaraq elə şəxsin cəlb edilməsi yolverilməzdir ki, hansı ki, ehtimal edilən zorakıdır, və ya hansının qərəzsizliyi ilə əlaqədar olaraq həmin şəxs ilə zorakı ailə üzvü arasında olan münasibətlərin xarakterindən irəli gələrək şübhə mövcuddur, və ya maraqların münaqişəsi olan digər hallarda yolverilməzdir; eləcə də onu (onları) yetkinlik yaşına çatmamış şəxs tərəfindən verilən ifadə (sorğu protokolu, izahat) ilə tanış etmək və ya vermək yolverilməzdir.
Yetkinlik yaşına çatmamış şəxsə (uşağa) qarşı ailədə zorakılıq faktını aşkar etmək (ilkin eyniləşdirmə) və ona reaksiya vermək məqsədilə müvafiq orqanlara müraciət etmək öhdəliyi: tibb müəssisəsi, təhsil və tərbiyə müəssisələri, İctimai hüquqda hüquqi şəxs – Sosial Xidmət Agentliyi, qəyyumluq və qayğı orqanı və onların səlahiyyətli əməkdaşları, eləcə də Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulan uşaqların müdafiəsi üzrə müraciət etmə (referləmə) prosedurlarına qoşulmuş digər müvafiq müəssisələrin və onların səlahiyyətli əməkdaşlarının öhdəsinə qoyulur.
Qurbanın zorakıdan uzaqlaşdırılmasının hansı vasitələri mövcuddur?
Ailədə zorakılığın qurbanı üçün dövlət tərəfindən dövlət sığınacağı təmin edilib, həmin sığınacaqda qurbanın psixoloji-sosial reabilitasiyası, ona hüquqi və tibbi yardımın göstərilməsi həyata keçirilir.
Böhran mərkəzi – ailədə zorakılığın ehtimal edilən qurbanların və qurbanların müvəqqəti yerləşdirmə yeri mövcuddur, hansı ki, psixoloji-sosial reabilitasiyaya, ilkin və təxirəsalınmaz tibbi xidmət və hüquqi yardıma xidmət edir.
Həmçinin həmin yaşayış yeri zorakının mülkiyyəti olduğu təqdirdə də qurbanın müvəqqəti olaraq yaşayış yerində qalması və zorakının həmin yaşayış yerindən uzaqlaşdırılması mümkündür.
Əgər Siz ailədə zorakılığın qurbanı oldunuz və ya ailədə zorakılıq barədə məlumatınız vardırsa, 24 saat ərzində İHHŞ İnsan alverinin (trefikinq) qurbanlarını, zərərçəkmişləri dövlət müdafiə və yardım fondunun ailədə zorakılıq qurbanlarının konsultasiya qaynar xəttinin nömrəsinə zəng etməyinizi xahiş edirik:
+995 32 116 006 və ya 112