Top

Hüquqi əhəmiyyətə malik olan fakt

ონლაინ დახმარება

 

Hüquqi faktları təsbit edən halları kim qiymətləndirir?

Hüquqi əhəmiyyətə malik olan faktların müəyyən edilməsi haqqında işləri hakim və ya məhkəmənin müvafiq məmuru müzakirə edir.

 

Məhkəmə hüquqi əhəmiyyətə malik olan faktları hansı hallarda müəyyən edir?

Əgər həmin faktları təsdiq edən sənədlərin digər qaydada qəbul edilməsi və ya itirilmiş sənədlərin bərpa edilməsi digər vasitə ilə qeyri-mümkündürsə, məhkəmə hüquqi əhəmiyyətə malik olan faktları yalnız bu halda müəyyən edir.

 

Məhkəmə hüquqi əhəmiyyətə malik olan hansı faktları müddətsiz icraat qaydasında müzakirə edir?

Məhkəmə elə faktları müəyyən edir ki, hansılardan vətəndaşların və təşkilatların şəxsi və ya əmlak hüquqlarının yaranması, dəyişdirilməsi və ya məhv edilməsi asılıdır. O cümlədən, aşağıdakı işlər:

  • Şəxslərin qohumluq əlaqəsinin müəyyən edilməsi haqqında;
  • Şəxsin himayəsində olma faktlarının müəyyən edilməsi haqqında;
  • Atalığın müəyyən edilməsinin, nikahın, boşanmanın, adının və/və ya soyadının dəyişdirilməsinin qeydiyyata alınması və ya övladlığa götürülmə faktının müəyyən edilməsi haqqında;
  • Hüququ müəyyən edən sənədin o, şəxsə mənsubiyyəti faktının müəyyən edilməsi haqqında, hansının sənədlərdə qeyd edilən adı, atasının adı və ya soyadı onun pasportunda və ya doğum haqqında şəhadətnaməsində qeyd edilən adı, atasının adı və ya soyadı ilə üst-üstə düşmür;
  • Mirasın qəbul edilməsi faktının və mirasın açıldığı yerin müəyyən edilməsi haqqında.

 

Hüquqi əhəmiyyətə malik olan faktların müəyyən edilməsi haqqında ərizə hansı məhkəməyə verilməlidir?

Hüquqi əhəmiyyətə malik olan faktların müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşayış yeri üzrə məhkəməyə verilməlidir.

 

Hüquqi əhəmiyyətə malik olan faktın müəyyən edilməsi haqqında ərizənin məzmunu necə olmalıdır?

Ərizədə qeyd edilməlidir ki, ərizəçiyə həmin faktın müəyyən edilməsi hansı məqsədlə lazımdır, eləcə də, ərizəçi tərəfindən müvafiq sənədlərin qəbul edilməsi və ya itirilmiş sənədlərin bərpa edilməsinin qeyri-mümkünlüyünü təsdiq edən sübutlar təqdim edilməlidir.

Ərizə ərizəçinin istəyinə uyğun olaraq yazıla və ya çap edilə bilər və ona hər hansı xüsusi formanın doldurulması lazım deyil.

Sənəddə göstərilən ad, atasının adı və ya soyadı şəxsin doğum haqqında şəhadətnaməsində və ya pasportunda göstərilən məlumatlar ilə üst-üstə düşmədiyi halda, hüququ müəyyən edən sənədin şəxsə mənsub olması faktı müəyyən edildiyi təqdirdə, hansı növ sənədlər təqdim edilməlidir?

Bu cür hallarda ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir: doğum haqqında şəhadətnamə və onun kserosurəti; Gürcüstan vətəndaşının pasportu (şəxsiyyət vəsiqəsi) və və onun kserosurəti; sənəd, hansının məlumatları şəxsin doğum haqqında şəhadətnaməsində və ya pasportunda göstərilən məlumatlar ilə üst-üstə düşmür; eləcə də sənəddə olan səhvin düzəliş edilməsinə müvafiq orqanın (məsələn, Sosial Xidmət Agentliyinin, Mülki və ya İctimai Reyestrin) rədd cavabı, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz, bəzi hallarda nikah haqqında şəhadətnamənin və onun kserosurətinin təqdim edilməsi, eləcə də şahidlərin adlandırılması lazım olur.

 

Mirasın qəbul edilmə faktı və mirasın açıldığı yer haqqında hüquqi faktı müəyyən etmək üçün hansı sənədlər təqdim edilməlidir?

Qeyd edilən halda ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir: miras qoyanın ölüm haqqında şəhadətnaməsi və onun kserosurəti; yerli özünüidarəetmə orqanı tərəfindən verilmiş, miras əmlakına faktiki olaraq sahib olmasının təsdiq edilməsi haqqında arayış. Əgər ərizəçi bu cür arayışı təqdim edə bilməzsə, o zaman o, həmin əmlakda kommunal və digər növ ödənişlərin ödənilməsi barədə qəbzlər və s. (onlar mövcud olmadığı təqdirdə, əmlaka faktiki olaraq sahib olması və ya idarə edilməsi yalnız şahidlər vasitəsilə də müəyyən edilə bilər) kimi əmlakın idarə edilməsini təsdiq edən sənədləri, şəxsiyyət vəsiqəsinin surəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənədlər (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və sair), dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz, notariat hərəkətinin yerinə yetirilməsinə rədd cavabının verilməsi haqqında notariusun qərarı təqdim edə bilər.

 

Hüquqi əhəmiyyətə malik olan fakt müəyyən edildiyi zaman maraqlı tərəflərin dəvət olunması lazımdırmı?

Hüquqi əhəmiyyətə malik olan fakt müəyyən edildiyi zaman məhkəmə həmin işin müzakirə edilməsi ilə maraqlanan şəxsləri (şəxsləri, hansıların qanuni maraqlarına iş üzrə qəbul edilmiş qərar aiddir) dəvət edir.

 

Dövlət rüsumunun məbləği nə qədərdir və ərizəçi onun ödənilməsindən hansı hallarda azad edilir?

Ondan irəli gəlrək ki, hüquqi əhəmiyyətə malik olan faktın müəyyən edilməsi haqqında ərizə magistrat məhkəməsinin yurisdiksiyasına daxil olan işdir, ödəniləcək dövlət rüsumu yarıya bölünür və 25 lari təşkil edir.

 

Şəxs dövlət rüsumunun ödənilməsindən aşağıdakı hallarda azad edilir:

  • O, Sosial müdafiəsiz şəxslərin vahid qeydiyyat məlumat bazasında qeydiyyata alınıb və yaşayış müavinətini alır;
  • İmkanları məhdud olan şəxs statusuna malik olan şəxsdir.

Qeyd edilən halları təsdiq edən sənədlər ərizə ilə birlikdə təqdim edilməlidirlər.

 

Əgər şəxsə məhkəmə qərarı ilə hüquqi əhəmiyyətə malik olan faktın müəyyən edilməsinə rədd cavabı verilmişdirsə, nə etməliyik?

Hakim tərəfindən qəbul edilmiş, hüquqi faktın müəyyən edilməsinə rədd cavabının verilməsi haqqında qərara 14 gün müddətində apellasiya qaydasında, məhkəmənin müvafiq məmuru (magistr) tərəfindən verilmiş qərara isə həmin məhkəməyə şikayətin verilməsi yolu ilə, tərəfə əsaslandırılmış qərar təhvil verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər.

 

Hüquqi əhəmiyyətə malik olan faktın müəyyən edilməsi haqqında məhkəmənin qərarı haraya təqdim edilməlidir?

Hüquqi əhəmiyyətə malik olan faktın müəyyən edilməsi haqqında məhkəmənin qərarı, həmin qərarın əsası olaraq hansı növ hüquqi əhəmiyyətə malik olan faktın müəyyən edilməsi götürüldüyündən asılı olaraq, müvafiq orqana (notariusa, İctimai Reyestrə və sair) təqdim edilməlidir.