Daşınmaz əşya (əmlak) nədir?
Daşınmaz əşyalara torpaq sahəsi onda olan faydalı qazıntılarla birlikdə, torpaqda bitən bitkilər, eləcə də torpaq üzərində möhkəm dayanan bina-tikililər aid edilir.
Daşınmaz əşya üzərində hüququn yaranması necə həyata keçirilir?
Daşınmaz əşya üzərində hüququn yaranmasının əsasları aşağıdakılardır:
- Alqı-satqı müqaviləsi;
- Bağışlama müqaviləsi;
- Dəyişdirmə müqaviləsi;
- Özəlləşdirmə;
- Vərəsəlik şəhadətnaməsi;
- Torpaq sahəsi (sahələri) üzərində olan bina-tikililər üzərində mülkiyyət hüququnun tanınması və sair.
Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması?
Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını Gürcüstan Ədliyyə Nazirliyinin İHHŞ İctimai Reyestrin Milli Agentliyinin ərazi qeydiyyat xidməti həyata keçirir.
İctimai Reyestrin Agentliyində daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün hansı sənədlər lazımdır?
- Ərizə;
- Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasport, yaşamaq üçün icazə şəhadətnaməsinin və ya s.) surəti;
- Hüququ təsdiq edən sənəd (alqı-satqı müqaviləsi, bağışlama müqaviləsi, dəyişdirmə müqaviləsi, özəlləşdirmə, vərəsəlik şəhadətnaməsi, torpaq sahəsi (sahələri, üzərində olan bina-tikililər) üzərində mülkiyyət hüququ tanındığı təqdirdə, müvafiq komissiya tərəfindən qəbul edilmiş inzibati akt, texniki uçot arxivi tərəfindən verilmiş arayış-xasiyyətnamə, inventarizasiya planı və sair);
- Ölçü kadastr çertyoju;
- Qeydiyyat xidmətinin qiymətinin ödənilməsini təsdiq edən qəbz;
- Gürcüstan İqtisadi İnkişaf Nazirliyi tərəfindən aparılmış özəlləşdirmə təqdirində, müvafiq ərazi orqan tərəfindən verilmiş torpaq və digər daşınmaz əmlakın (birbaşa satış, xüsusi və ya açıq hərrac formasında) satın alınmasını təsdiq edən protokol və sair.
Ərizəyə eləcə də məsələnin həll edilməsi üçün müəyyən əhəmiyyətə malik ola bilən digər sənədlər də əlavə edilə bilər.
Daşınmaz əşya üzərində hüququn yaranması üçün hansı formada müqavilə lazımdır?
Daşınmaz əşya üzərində hüququn yaranması üçün mütləq müqavilənin yazılı formasına riayət etmək, hansında tərəflərin etdiyi imzaların həqiqiliyini İctimai Reyestrin müvafiq qeydiyyat xidmətinin səlahiyyətli şəxsi və ya notarius təsdiq edir, və onu İctimai Reyestrdə qeydiyyata almaq lazımdır.
Daşınmaz əşyanın satışı ilə bağlı xərclər kimin öhdəsinə qoyulur?
Alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi, İctimai Reyestrdə qeydiyyata alınması və bunun üçün lazımi sənədlərin təqdim edilməsi ilə bağlı xərclər torpaq sahəsinin və digər daşınmaz əmlakın satıcısının öhdəsinə qoyulur.
Tərəflər qarşılıqlı razılaşma ilə yuxarıda qeyd edilən şərti dəyişdirə bilərlər.
Daşınmaz əmlakın qeydiyyata alınması hansı müddətdə həyata keçirilir və bunun üçün hansı məbləğ ödənilməlidir?
Daşınmaz əmlakın qeydiyyata alınması ərizə verildikdən sonra 4 gün müddətində həyata keçirilir. Qeydiyyat üçün təyin edilmiş qiymət 50 lari təşkil edir.
Gürcüstan hökumətinin 28 iyun 2012-ci il tarixli 231 №-li qətnaməsinə uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İctimai Reyestrdə ilkin qeydiyyatı pulsuz həyata keçirilir.